|
Serviks xəstəliyindən əziyyət çəkən aktrisa ana olacaq
Aktyor Bülent Şakrak ilə evlənən 39 yaşlı aktrisa Ceyda Düvencinin ikinci övladı dünyaya gələcək
İBS mükafatlandırma mərasiminə qatılan aktrisa hamilə olması haqda yayılan xəbərlərə aydınlıq gətirib: "Daha hər şey yenidir. Bəli, hamiləyəm. Xəbər doğrudur". 
Qeyd edək ki, "Aşkın kanunu" adlı serialın çəkilişi zamanı tanış olan Ceyda Düvenci və Bülent Şakrak 2015-ci ilin dekabrında ailə qurub. İlk həyat yoldaşı Engin Akgündən Melisa adında bir qızı olan Düvenci ikinci övladını dünyaya gətirmək üçün uşaqlıq ağzı çatmazlığı xəstəliyindən müalicə olunurdu. 
Uşaqlıq ağzı çatışmazlığı nədir? 
Uşaqlıq ağzı  çatışmazlığı, yəni serviks uşaqlığın vaginaya açılan ən son nöqtəsidir. Normal bir hamiləlikdə uşaqlığın ağzı bağlıdır. Uşaqlıq ağzının inkişaf edən hamiləliyi daşıyacaq qədər güclü olmaması və doğum sancıları başlamadan açılmasına servikal çatışmazlıq (uşaqlıq ağzı çatışmazlığı) deyilir. 
Cia.az