|
Ulduz futbolçu “Real”dan gedir?

“Real”ın yarımmüdafiəçisi Xames Rodriges klubu tərk edə bilər.

Kolumbiyalı futbolçu bildirib ki, yaxın gələcəkdə “Real”da qalacağını söyləyə bilməz.

“Mənə digər klublardan təkliflər və düşünmək üçün yeddi gün vaxtım var. “Real”da xoşbəxt olsam da, çox oynamaq istəyirəm. Klublararası dünya çempionatında çıxış etmədiyimə görə məyusam. Lakin sevinirən ki, karyeramda “Real” kimi klub var”.

Cia.az