|
Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdikləri "Boavişta" bu gün Portuqaliya çempionatında növbəti oyununu keçirib. Portu təmsilçisi 14-cü turda autsayder "Tondela"nın qonağı olub. Kamran Ağayev bundan öncəki matçlarda olduğu kimi, 90 dəqiqə oynayıb. Emin Mahmudov isə fasilədən sonra, 46-cı dəqiqədə meydana daxil olub. “Tondela” – “Boavişta” – 1:1 14 turdan sonra "Boavişta" 14 xalla 14-cü yeri tutur. "Tondela" 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Cia.az
|
