|
Culiya Roberts bunu ilk dəfə edəcək

Aktrisa Culiya Roberts ilk dəfə seriala çəkiləcək.
Kino ulduzu bu dəfə özünü "Bu gün müxtəlif olacaq" (Today will be different) adlı serialda sınayacaq. 
Мarii Semplın romanı əsasında çəkiləcək serialda aktrisa baş rolda oynacaq. 

Ssenariyə əsasən, Eleoner Flud adlı qadın günə yaxşı başlamaq istəyi ilə oyansa da, hər gün müxtəlif hadisələrlə rastlaşır. Serialın çəkilişlərinə gələn ildən başlanılacaq. 

Qeyd edək ki, indiyənədək Roberts yalnız qonaq qismində seriallarda iştirak edib.