Bir müddət əvvəl Kaliforniya ştatının qubernatoru, aktyor Arnold Şvasneqqer verilişlərdən birində iştirak edib.
69 yaşlı aktyor verilişinə sağ ayağında gipslə çıxıb. Aparıcıları və tamaşaçıların narahatlığını görən Arnold ayağının sınma məsələsinə aydınlıq gətirib.
Əvvəlcə zarafat edən aktyor deyib:
“Narahat olmayın, pedikür zamanı belə hallar olur”.
Daha sonra ayağının sınma səbəbini izah edən Şvasneqqer bunun yaşla bağlı olduğunu bildirib:
“Artıq yaşım o yaş deyil. İndi xizəkdə sürüşəndə, velosiped çox sürəndə, qaçanda daha ehtiyatlı olmalıyam. Adi zədə məni bu vəziyyətə sala bilər. Həkimlər ayağımın sağalmağa doğru getdiyini deyirlər”.
cia.az
