|
Rusiyada keçmiş zavodun ərazisində yanğın: 3 nəfər ölüb

Rusiyanın Moskva vilayətinin Noqinsk rayonunda keçmiş Kudrinovsk zavodunun ərazisində yanğın olub.

Cia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, keramika məmulatlarının istehsalı ilə məşğul olmuş zavodun ərazisində dağıntılar altında 3 nəfərin cəsədi aşkarlanıb.

Yanğının səbəbi və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

Cia.az