|
Kayseridəki terrora görə 7 nəfər saxlanılıb

"Kayseri şəhərində törədilmiş terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb".

 Bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib . 

Süleyman Soylu  terror aktında iştirakda şübhəli bilinən daha 5 nəfər barəsində axtarış elan olunduğunu bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55-i yaralanıb. Ölkənin baş naziri Binəli Yıldırım Kayseri şəhərindəki terror aktını terrorçu-kamikadzenin törətdiyini bildirib

Cia.az