Türkiyənin Konya vilayətində hüquq-mühafizə orqanları İŞİD terror təşkilatına qarşı geniş əməliyyat keçirib.
Əməliyyat çərçivəsində qruplaşmaya üzv olmaqda şübhəli bilinən 33 nəfər saxlanılıb.
Əməliyyatlarda 200 polis iştirak edib. Axtarış zamanı evlərdən İŞİD-lə bağlı təbliğat sənədləri aşkar edilib.
Bundan əvvəl Konya prokurorluğu 43 nəfərin həbsi ilə bağlı təlimat verib. Digər 10 nəfərin axtarışları davam edir.
cia.az
