|
Ötən gün Bakıda 13 yol qəzası olub, 7 nəfər yaralanıb

Dekabrın 15-də əlverişsiz hava şəraiti və sürücülərin diqqətsizliyi səbəbindən Bakıda 13 yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda Cia.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov yol-nəqliyyat hadisələri zamanı 7 nəfərin xəsarət aldığını bildirib:

"Hadisələr maddi ziyanla nəticələnib, xoşbəxtlikdən ölən olmayıb”.

Polis polkovnikinin sözlərinə görə, qəzalar əsasən, sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəindən qeydə alınıb.

cia.az