|
Azərbaycana gələn ərəb turistlərin sayı 8 dəfə artıb

“İlkin rəqəmlərə əsasən bu il ölkəyə gələn turistlərin sayında 11 faiz artım olub”.

Cia.az xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

 O bildirib ki, ümumilikdə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb.

“Təkcə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 33 dəfə artıb”.

Nazir müavini həmçinin əlavə edib ki, ASAN Vizanın tətbiqindən sonra turistlərin sayında artım müşahidə olunacaq.

cia.az