|
Koalisiya bundan narahat olmalıdır - Rusiya
Beynəlxalq koalisiya müxaliflərə silah verilməsini nəzərdə tutan ABŞ-dakı qətnamədən narahat olmalıdır. Palmiradakı silah-sursat ABŞ qüvvələrinə təhlükə yaratmır.
Bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
“Suriya ordusunun Palmira şəhərində qalan silah-sursatı və hərbi ləvazimətlar koalisiya qüvvələrinə təhlükə yaratmır”, - Konaşenkov bildirib.
Qeyd edək ki, amerikalı general Stefen Tovnsend Palmirada İŞİD-in əlinə keçən silahların koalisiya qüvvələrini təhdid etdiyini açıqlamışdı.
Cia.az