|
Saçlarınızın sağlamlığı üçün bu məhlullardan istifadə edin

Alma sirkəsi - sirkə xüsusilə yağlı saçlarda saç tökülməsinin qarşısını alan ən yaxşı vasitədir. Eyni zamanda, saç köklərində qan dövranını sürətləndirir. Su ilə qarışdırılmış sirkəni baş dərsinə masaj edərək çəkin və 10 dəqiqə sonra ilıq su ilə yaxalayın.



Yerkökü və hind qozu - yerkökü suyu və hindqozu yağını qarışdırın və saça çəkin. Bu, saçınızın sağlam və güclü qalmasına yardım edəcək.



Çuğundur - təxminən 10 dəqiqə ərzində çuğundur kökünü qaynadın. Suyu soyudun və baş dərinizə tətbiq edin. Həftədə 2 və ya 3 dəfə saçınızı çuğundurla yaxalayın.



Soğan, sarımsaq, limon - təzə sıxılmış soğan və ya sarımsaq suyunu baş dərisinə çəkin. 20 dəqiqə sonra qoxusunu yox etmək üçün limon suyu ilə yaxşıca yaxalayın. Ən sonda balzam və ya saç kremi istifadə edin.



Əzvay bitkisi - yarpağından alınan jeleni bir kasa su ilə qarışdırın. Saç diblərinə və baş dərinizə masaj edərək çəkin. 10 dəqiqə sonra ilıq su ilə yaxalayın.

Cia.az