|
"Sevgilim məni 7 qadınla birdən aldadıb"

Türkiyənin "D" kanalında yayımlanan "Rəngli səhifələr" proqramına qatılan aktrisa və model Esra Sönmezer şəxsi həyatı ilə bağlı şok açıqlamalar edib.

Esra sevgilisinin onu 7 qadınla birdən aldatdığını bildirib: 
“Tez-tez telefonda danışırdıq. Bir gün telefonunu götürdüm 2 saat tualetdə kilitləndim. Onun telefonunun parolunu aça bildim və gördüm ki, mənə 7 qadınla birdən xəyanət edir. Həmin mesajları şəklini çəkdim. Daha sonra sevgilimə göndərib: "Hər şey bitti" dedim” .
Aktrisanın sözlərinə görə, o, 1-2 ay öncə aldadıldığı sevgilisi ilə üz-üzə gəlib. Amma onunla düşməncəsinə rəftar etməyib. 

"Mən ona nifrət etmirəm. Ümumiyyətlə heç kimə nifrət edə bilmirəm. Amma artıq sevə bilmirəm. Sanki hər kəsə inamım itib", - deyə Sönmezer vurğulayıb.

Cia.az