|
Qar Qubaya hansı problemlər yaradıb...

“Hazırda Quba rayonunda yağan qar örtüyünün hündürlüyü 10 santimetrdir”.

Bu haqda Modern.az-a Quba rayon icra başçısının müavini, Fövqaladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib.

O deyib ki, dağlarda daha çox qar yağıb:

“Buna baxmayaraq rayonda ümumi vəziyyət normaldır, elə bir çətinliyimiz yoxdur. Yollar açıqdır, qaz, işıq fasiləsiz verilir, su problemimiz yoxdur. Hava şəraiti ilə əlaqədar rayonda hər hansı hadisə baş verməyib”.

Cia.az