|
Bundesliqada baş məşqçi istefası

Almaniya bundesliqası təmsilçisi "Auqsburq" baş məşqçisi Dirk Şusteri istefaya göndərib.

Onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. 
Komandanı müvəqqəti olaraq Manuel Baumun çalışdıracağı bildirilib.

Qeyd edək ki, "Auqsburq" ölkə çempionatında 14 turdan sonra 14 xalla 13-cü pillədə qərarlaşıb.

 cia.az