ABŞ Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) bütün rəhbər heyətinə qarşı sanksiya tətbiq edə bilər.
Bu barədə informasiyanı CBS telekanalı özünün etibarlı mənbələrinə istinadən yayıb.
Vaşinqtonun belə addım atmasına səbəb kimi Baş Kəşfiyyat İdarəsinin kiberhücumların təşkilində iştirakı göstərilib.
Qeyd edək ki, ABŞ bundan öncə Rusiyanı ölkəyə qarşı kiberhücumların təşkilində günahlandırıb. ABŞ-dan sonra İsveç, Almaniya və Bolqarıstan da Moskvanın kiberhücum təşkil etdiyini açıqlayıblar.
cia.az
