|
Putin dünyanın ən nüfuzlu adamı seçilib

“Forbes” jurnalı Rusiya prezidenti Vladimir Putini dünyanın ən nüfuzlu adamı seçib. APA-nın məlumatına görə, V.Putin dalbadal dördüncü dəfədir ki, reytinqə başçılıq edir.

Reytinqdə növbəti yerləri ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Çin lideri Si Tzinpin və Roma Papası Fransisk tutublar.

ABŞ-ın hazırki dövlət başçısı Barak Obama builki reytinqdə 48-ci pillədə qərarlaşıb.

Cia.az