|
ABŞ Ər-Riyada silah satışını dayandırdı
ABŞ Səudiyyə Ərəbistanına hərbi yardımı məhdudlaşdıran qərar qəbul edib.
Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Vaşinqtonun belə addım atmasına səbəb Ər-Riyadın Yəməndəki fəaliyyəti nəticəsindən çoxlu dinc sakinin ölməsi ilə bağlı informasiyalar olub. Səudiyyə Ərəbistanına xüsusilə yüksək dəqiqliyə malik aviasiya sursatlarının satışı qadağan edilib.
 
Qeyd edək ki, Yəmən konflikti 2014-cü ildən bu yana davam edir. Səudiyyə Ərəbistanı bu konfliktdə hökumət qüvvələrinin yanında yer alıb. Yəmən hökumətinin əsas rəqibi olan qiyamçı husiləri isə İran müdafiə edir.
Cia.az