|
Masallıda 1 yaşlı körpə 2-ci mərtəbədən yıxılıb

Masallı rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yerə yıxılaraq ağır xəsarət alıb.

2015-ci il təvəllüdlü Məmmədov Məhəmməd Araz oğlu ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtbəsinin pəncərəsindən yerə yıxılıb.

Nəticədə 1 yaşlı körpə ağır xəsarət alıb. O, Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. (“Report”)

Cia.az