|
"Azəriışıq" şikayətləri yerindəcə dinləməyə hazır olduğunu bildirir
Son günlər əhaliyə eleektrik satışında pozuntular baş verməsi ilə bağlı narazılıqlar var. Elektirik enerjisinin qiymətinin difensasiya edilməsindən sonra yaranan narazılıqlar barədə mediada və sosial şəbəkələrdə yazılar, qeydlər nəzərə çarpır. Şikayət predmeti əsasən elektrik enerjisininin sərfiyyatına görə xərclərin artıq hesablanmasıdır.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sosial şəbəkədə bu kimi iddia və ittihamlara cavab olaraq şərh yazıb. T.Mustafayevin şərhi bu cürdür:

"1 qəpik də sərfiyyatdan artıq hesablanmır. Kiminsə şübhəsi varsa, birbaşa yaşadığı ünvana gedək, sayğac göstəricisinə birlikdə baxaq, nə anlaşılmazlıq varsa da aydınlaşdırılsın, əməkdaşlarımızla birlikdə iştirakçısı olun".

Cia.az