|
Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq
Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq.
 
“Report”un xəbərinə görə, bunu Bakı Metropliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. 
 
O bildirib ki, stansiyada iki həftəlik təmir işləri nəzərdə tutulsa da, təmir qısa müddətdə başa çatıb. 
 
Qeyd edək ki, dekabrın 7-dən Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bağlanmışdı. 
Cia.az