|
Messi Mürtəza ilə görüşdü

"Barcelona" klubunun argentinalı futbolçu Leonel Messi üstündə “MESSİ 10” yazılan klyokdan hazırladığı formanı geyinərək sosial şəbəkələrdə məşhurlaşan Mürtəza ilə görüşüb. 

Onların görüşünü Əfqanıstanın futbol federasiyası təşkil edib. “Barcelona” - “Əl-Ehli” klublarının keçirəcəyi yoldaşlıq görüşü üçün Qətərə gələn Messi stadiona 6 yaşlı Mürtəzanın əlindən tutaraq çıxıb. Daha sonra Messi Mürtəzanı qucağına alaraq şəkil çəkdirib. 
Oyun "Barcelona"nın 5-3 hesablı qələbəsi ilə başa çatıb.
 

Cia.az