Türkiyənin İstanbul şəhərində Azad Düçüncə və Təhsil Hüququ dərnəyinin təşkilatçılığı ilə Hələbdə yaşanan qətliamla bağlı aksiya təşkil olunub. Galatasaray litseyinin qarşısında toplaşan etirazçılar Rusiya konsulluğuna qədər yürüş ediblər.
Şüar və təkbir səsləndirən etirazçılar Rusiya konsulluğu qarşısında mətbuata açıqlama verərək deyiblər: “Bombalanmayan bir xəstəxananın qalmadığı Hələbdə yaralanmaq ölməkdən daha fəciəlidir. Qida yardımlarının belə getmədiyi Hələbdə ac uşaqlar cənnətdə yemək yemək üçün ölüməyə razıdırlar. Bu gün Hələbdə tarixin şahid olduğu ən böyük qətliam həyata keçirilir. İnsanlar aclıq və ölümlə pəncələşir”.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi bir az əvvəl Hələbdə artıq atəşkəs razılığının əldə olunduğunu açıqlayıb.
Cia.az
