|
Lavrov və Çavuşoğlu Hələbdəki vəziyyəti müzakirə ediblər
Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyəti müzakirə ediblər.  
 
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb. Bundan əvvəl Türkiyə XİN-i Rusiya hərbçilərinin Hələbdəki yerli silahlı qruplaşmalarla danışıqlardan sonra atəşkəsə nail olduqlarını bildirib.   
 
Qeyd edək ki, bundan əvvəl Hələbin 98 faiz hissəsinin Suriya ordusunun nəzarətində olduğu bildirilib. 
 
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə Suriya hökumətinin şərqi Hələb üzərində nəzarətini bərpa etdiyini bildirib.