|
Meksika-ABŞ sərhədində gizli tunel tapıldı

ABŞ-Meksika sərhədində gizli tunel aşkarlanıb. 

Tunel Meksikanın Tijuana şəhərindən ABŞ-ın Kaliforniya ştatına açılır. Yeraltı yol Meksika təhjlükəsizlik qüvvələri tərəfindən aşkar edilib. Meksika polisi bildirib ki, bu tunellə yanaşı ikinci tunel də var, lakin onun tikintisi yarım qaldığı üçün yarı yolda kəsilir. 

 
Tunellərin Meksikadan ABŞ-a qaçaq narkotik maddə daşıyanlar tərəfindən qazıldığı ehtimal edilir. 
cia.az