Rusların 29%-inin Rusiya Prezidenti Vladimir Putinə münasibəti pisləşib.
Bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra əldə olunub.
Sorğu nəticələrinə əsasən, prezidentin ölkədəki problemləri uğurlu həll etdiyini düşünənlərin sayı 38%-dən 28%-ə qədər azalıb.
Buna rəğmən rusların 48%-i Putinin xalqın rifahı üçün çalışdığına inanır. Şirkət prezidentin reytinqinin bu qədər aşağı düşməsinə əsas səbəb kimi rusların böhrana qarşı səbirlərinin başa çatmasını göstərib.
Cia.az
