"Bavariya" futbolçusu Robert Levandovski ilə müqaviləni yeniləyib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, polşalı hücumçu ilə müqavilənin müddəti 2021-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, R.Levandovski 2014-cü ildə Dortmund "Borussiya"sından "Bavariya"ya transfer olunub.
Əlavə edək ki, R.Levandovski ilə "Real"ın maraqlandığı iddia edilirdi.
cia.az
