|
"Beşiktaş"la oyun üçün qərar Bakıda veriləcək"

"Yaxşı oyun alındı. Mərhələnin ilk oyunu üçün yaxşı nəticə idi. Azarkeş və futbolçularımızı təbrik edirəm".

Qol.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov  Azərbaycan Kubokunun 1/4 finalında "Sumqayıt"la oyundan (6:0) sonra deyib.

O, "Sumqayıt"a uğurlar arzu edib:

"İtkiləri çox idi. Futbolçularımın oyunundan razı qaldım. Cavab görüşündə dəyişikliklər olacaq. Amma indidən deyə bilmərəm. Çünki Premyer Liqa oyunumuz var".

Q.Qurbanov "Beşiktaş"la gözlənilən yoxlama oyunu barədə də danışıb:

"Klub rəhbərliyi səviyyəsində danışıqlar olub. Amma ortada dəqiq nəsə yoxdur. Xəbərim var ki, əməkdaşlıq etmək, Bakıda yoldaşlıq görüşü keçirmək istəyirlər. Onların klub nümayəndələri Bakıya gələndən sonra dəqiq qərar veriləcək".

cia.az