Hollivud aktrisası Qvinet Peltrou sevdiyi şəxslə münasibətlərini rəsmiləşdirməyə hazırlaşır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa 3 ildir eşq yaşadığı Bred Felçok ilə gələn il toy etmək barədə düşünür.
Müğənni Beyonsun təşkil etdiyi gecəyə dəvət olunan Qvinet orada barmağındakı tək qaş brilliant üzük ilə diqqəti öz üzərinə çəkib. Bundan başqa Qvinet qonaqlara Felçoku nişanlısı kimi təqdim edib.
Cia.az
