Amerikalı aktrisa Cennifer Lourens televiziya proqramlarından birində qonaq olub.
25 yaşlı aktrisa "Aclık Oyunları" (Hunger Games) filminin Havay adalarındakı çəkilişləri haqqında danışıb. O, bu çəkilişlər zamanı bir qayanın üstündə oturduğunu və ayağı qaşındığı üçün ayağını qayaya sürtdüyünü gülərək nəql edib.
Verilişi baxan Havay adasının əhalisi Cenniferə lənət yağdırıb. Onlar aktrisanı müqəddəs qayanı ayağına sürtdüyü üçün tənqid atəşinə tutublar.
Bundan sonra Lourens "Facebook" səhifəsində Havay adasının əhalisindən üzr istəyib və qayanın onlar üçün bu qədər müqəddəs olduğunu bilmədiyini vurğulayıb.
Cia.az
