Aktyor Kıvanç Tatlıtuğ varisini açıqlayıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor “Bodrum masalı” serialının qəhrəmanı Alperen Duymazın aktyorluq qabiliyyətini çox bəyənib.
Duymazın gələcəyinin parlaq olduğunu görən Tatlıtuğ böyük qardaşı Cem Tatlıtuğa təlimat verib.
Gənc aktyorun menecerliyini boynuna götürən aktyor və qardaşı ilk olaraq film çəkilməsi qərarını alıblar.
Alperen Duymazın rol alacağı filmin çəkilişlərinə 2017-ci ilin yazında başlanılacaq və baş rolda Kıvanç özü çəkiləcək.

cia.az
