|
Tanınmış hakim xəstəxanalıq oldu

Azərbaycanda tanınmış məhkəmə hakiminin səhhətində problem yaranıb.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov ürəyində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. Məhkəmədən onun bir neçə gündür işə çıxmadığını bildiriblər.

Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub.

Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri namizədi, dosentdir.

Cia.az