Heç bir terror qruplaşması öz məqsədlərinə çata bilməyəcək.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu İstanbuldakı terror akrını şərh edərkən deyib.
Nazir qeyd edib ki, terrorçular, şübhəsiz ki, Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölümünə görə cavab verəcəklər.
Onun sözlərinə görə, kim ki Türkiyə daxilində və xaricində terroru dəstəkləyir, onlar hamısı öz əməllərinə görə cavab verəcəklər.
cia.az
