|
İsmayıllıda ikinci zəlzələ oldu

İsmayıllı rayonunda zəlzələ baş verib.

Cia.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ 4.4 maqnitudada, 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
İsmayıllı rayonunda bir gündə ikinci zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu gün yerli vaxtla saat 04:34-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

4.5 bal gücündəki zələzlə 9 km dərinlikdə olub. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Cia.az