Minsk Qrupunun fransalı həmsədri vəzifəsini icra edən səfir Stefan Viskonti, 11-12 dekabr tarixlərində Azərbaycanda səfərdə olub.
Bu barədə Fransa Səfirliyinin mətbuat xidmətindən musavat.com-a daxil olan məlumatda bildirilib. Xəbərdə qeyd olunur ki, bu, Stefan Viskontinin Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasında hər iki həmsədr həmkarları ilə birlikdə iştirakından bir neçə gün sonra və vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk səfəridir.
Bu münasibətlə, cənab Viskonti Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
O həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.
Bakıya bugünkü səfəri zamanı, cənab Viskonti, Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması üçün ABŞ və Rusiya Federasiyası ilə birlikdə Fransanın öz səylərini davam etdirəcəyi barədə qətiyyətli öhdəliliyini bir daha bildirib.
cia.az
