|
Masallıda otellərdən birində qadın qətlə yetirilib
 Masallı rayonundakı otellərdən birində cinayət hadisəsi baş verib. 

"Report"un Cənub bürosu xəbər verir ki, təqribən 21-22 yaşlarında olan Röya Novruz qızı Hüseynova ürək nayihəsindən bıçaq zərbəsi alıb. 
 
O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi ehtimal olunur və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
Faktla bağlı cinayət işi açılıb. 
cia.az