|
Çindən ABŞ-a xəbərdarlıq: "Böyük zərbə olar"
Hər hansı qüvvə, yaxud şəxs Çinin siyasətinə və mənafeyinə zərər vermək istəyərsə, bu, onun özünə böyük zərbə olar.
 
Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər naziri Vanq Yi ABŞ-ın 45-ci Prezident Donald Trampın sözlərinə münasibət bildirərkən deyib.
 
“Çin cərəyan edən prosesləri yaxından izləyir. Heç bir qüvvə Çinin mənafeyinə zərbə vura bilməz. Əks halda, bu, onun özünə qarşı çevrilə bilər”, - nazir bildirib.
 
Qeyd edək ki, Tramp Foks TV-yə açıqlamasında hökumətin Çinlə bağlı siyasətini kəskin tənqid etmişdi. O, ABŞ-Çin arasındakı iqtisadi əlaqələrinin yenidən qurulmasının vacibliyini vurğulamışdı.
cia.az