F-16 təyyarəsinin qəzaya uğrama səbəbi araşdırılır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri açıqlama yayıb.
“F-16 qırıcı təyyarəsi yerli vaxtla saat 19:30 radələrində uçuş zolağına yaxınlaşdığı an bilinməyən səbəbdən Diyarbəkir Hava Meydanına düşüb. Hadisədən sonra pilot sağ qalıb. Qəzanın səbəbləri araşdırılır”, - açıqlamada bildirilib.
Qeyd edək ki, bundan öncə təyarəni idarə edən qadın pilot Şəfiqə Burcunun katapult etdiyi və sağlıq durumunun yaxşı olduğu bildirilmişdi.
cia.az
