|
Qasırğa 4 nəfərin həyatına son qoydu
Hindistanda “Varda” qasırğası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, iki nəfər Çennayi şəhərində, daha iki nəfər isə Tamilnad ştatında təbii fəlakətin qurbanı olub.
 
Məlumata əsasən, güclü külək 50 yaşayış evinə ziyan vurub, 8 min ağac və elektrik dirəkləri aşıb
cia.az