Ukrayna və Rumıniyanın Qara dənizdə NATO qrupu yerləşdirmək təklifi provakasiyadır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Məncə bu fikirlər qərbli partnyorlarımızı yormağa başlayıb. Başda təhlükəsizlik məsələsi olmaqla Qara dənizlə bağlı bütün qərarlar sahil ölkələri tərəfindən verilməlidir. Bu mənada Ukrayna və Rumıniyanın qərarını provakasiya olaraq xarakterizə edirik”, - Lavrov bildirib.
Qeyd edək ki, Ukrayna və Rumıniyanın Qara dəniz sahillərində NATO hərbçilərindən ibarət qrupun yerləşdirilməsi barədə təklif verdiyi bildirilib.
cia.az
