|
Venesuela Kolumbiya ilə sərhədini bağlayıb

Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi Kolumbiya ilə sərhədin 72 saat müddətinə bağlanması barədə tapşırıq verib. 

 
"Report" AFP-yə istinadən xəbər verir ki, bu, "Venesuela iqtisadiyyatında sabitliyi pozmağ"a çalışan "maliyyə mafiyası" ilə mübarizə çərçivəsində edilib. Maduro bu qərar barədə televiziyada çıxışı zamanı məlumat verib.
cia.az