Azərbaycanda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. 4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
cia.az
