|
ABŞ-dan Almaniyaya üçan sərnişin təyyarəsi təcili eniş edib
Nyu-Yorkda  “Lufthansa” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Hyuston-Frankfurt marşrutu ilə uçan təyyarə telefon hədələri ilə bağlı Nyu-Yorkun JFK aeroportuna yönəldilib.
 
Sərnişinlər təyyarəni tərk edib. Ehtiyat zolağına aparılan  təyyarə mütəxəssislər tərəfindən yoxlanılır.
cia.az