Akademik Milli Dram Teatrının sərəncamçı direktoru Natiq Gülməmmədov vəzifəsindən azad olunub.
Cia.az Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, nazir Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə N.Gülməmmədov A.Şaiq adına Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.
Şöbədən bildiriblər ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələri daxilində aparılan müvafiq kadr dəyişikliklərindən biridir.
Cia.az
