|
Sarkisyanın Azərbaycana səfəri davam edir

Ermənistan prezidenti Serj Sarkisyan işğal altındakı Qarabağ torpaqlarına 3 günlük səfəri davam edir.

Bu gün Xankəndinin mərkəzində Sarkisyan işğalçı ordunun hərbi qulluqçularına və müharibə veteranlarına avtomobillər hədiyyə edib. Mərasimdə onu separatçı rejimin lideri Bako Saakyan da müşayiət edib.

Xatırladaq ki, Dağlıq Qarabağa səfəri çərçivəsində Serj Sarkisyan təmas xəttinin cənub və şimal istiqamətlərində olub, bir sıra hərbi infrastruktur obyektlərinin açılışında olub.

Cia.az