|
Tramp Çinə qarşı çıxdı: Yalnız bu şərtlə…
ABŞ vahid Çin siyasətinə mütləq şəkildə riayət etməməlidir.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp söyləyib. Yeni prezidentin fikrincə, ABŞ tərəfindən bu siyasətə Çinlə ticarət və digər sahələrdə müqavilə bağladıqdan sonra əməl olunmalıdır.
Tramp çıxışı zamanı həmçinin Pekinin valyuta, Cənubi Çin dənizi və Şimali Koreya siyasətini də tənqid edib.
Qeyd edək ki, Trampın bir müddət öncə Tayvan lideri ilə telefon danışığı aparması Çinin etirazına səbəb olub. Tayvanı öz ərazisi sayan Pekin Trampı öz addımlarında diqqətli olmağa çağırıb.
cia.az