Millimizin futbolçusu Ramil Şeydayev "Trabzonspor"dan ayrıla bilər.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Trabzon təmsilçisi 20 yaşlı hücumçunu icarəyə göndərməyi düşünür.
Əvəzində klub yeni hücumçu heyətinə qatmağı planlaşdırır. "Trabzonspor"n hücum xəttini "Aston Villa"nın çexiyalı oyunçusu Libor Kozaki transfer edərək gücləndirməyi planlaşdırdığı iddia edilir.
Qeyd edək ki, R.Şeydayev bu ilin yayında "Zenit"dən "Trabzonspor"a transfer olunub.
cia.az
