Yeni Zelandiya parlamentinin üzvü Bill İnqliş ölkənin 39-cu baş naziri seçilib.
Axar.az Sabah-a istinadən xəbər verir ki, qərar Milli Partiyada keçirilən səsvermədən sonra açıqlanıb.
Baş nazirin müavini isə Milli Partiyanın sədr müavini Paula Bennett təyin olunub.
İnqliş və Bennettin bu gün and içərək vəzifələrinin icrasına başlayacaqları gözlənilir.
Qeyd edək ki, İnqliş 1990-cı ildə parlamentin deputatı seçilib. 2001-2003-cü illərdə Milli Partiyanın sədri olub. İnqliş Con Key hökumətində 2008-ci ildən bəri baş nazirin müavini və maliyyə naziri vəzifələrində çalışıb.
Cia.az
