Londonun şimal hissəsində küçələri su basıb.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, su borusunun partlaması nəticəsində baş vermiş qəza yerli sakinlərin təxliyyə edilməsinə səbəb olub. Bəzi küçələrdə suyun səviyyəsi 3 metrə çatıb.
Qeyd olunur ki, Britaniya paytaxtının bu hissəsində belə hadisə ilk dəfə yaşanmır. Mütəxəssislərin fikrincə, səbəb su təchizatı sisteminin köhnəlməsi və təcili təmirə ehtiyac duymasıdır.

Cia.az
