|
Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadiz" İspaniya II liqasında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, komanda 18-ci turda səfərdə "Kordoba" ilə qarşılaşıb. "Kadiz" 3:1 hesabı ilə qalib gəlib. Start heyətdə yer alan E.İsrafilov 55-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. O, 65-ci dəqiqədə isə əvəzlənib. Qeyd edək ki, "Kadiz" 18 turdan sonra 27 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. cia.az
|
